AZ

Cud Bellingem 2 aya yaxın oynamayacaq – ARENA.AZ

Futbol üzrə İngiltərə millisinin və Madrid “Real”ının hücumameyilli yarımmüdafiəçisi Cud Bellingem azı 2 ay oynamayacaq.

Arena.az xəbər verir ki, 22 yaşlı futbolçu La Liqanın 22-ci turunda “Rayo Valyekano”ya qarşı keçirdikləri və Madrid təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatmış görüşdə əzələsindən zədələnmişdi.

İngilis yarımmüdafiəçinin təxminən bir aya sıraya dönəcəyi ehtimal edilirdi. Lakin son məlumatlara görə, Cud bu zədə səbəbindən azı 6-8 həftə müddətində yaşıl meydanlardan kənarda qalacaq.

Xatırladaq ki, Cud Bellingem 2023-cü ilin iyunundan “Real”da çıxış edir. O, Madrid klubuna 103 milyon avro məbləğ müqabilində Dormund “Borussiya”sından keçib. Hücumameyilli yarımmüdafiəçi İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.

Bellingem cari mövsümdə meydana çıxdığı 28 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə verib. İngilis yarımmüdafiəçinin “Real”ın heyətində çıxışının ümumi mənzərəsi 128 oyun, 44 qol və 32 məhsuldar ötürmədən ibarətdir.

Bellingem “Real”la İspaniya Super Kubokunun (2024), İspaniya La Liqasının (2023/2024), UEFA Çempionlar Liqasının (2023/2024), UEFA Super Kubokunun (2024), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.

Cud Bellingem 2020-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 46 oyun keçirib, 6 qol vurub və 10 məhsuldar ötürmə verib.

“Transfermarkt” 22 yaşlı yarımmüdafiəçisinin transfer dəyərini 160 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
9
8
arena.az

10Mənbələr