AZ

Premyer Liqa: Mövsümün qol antirekordu qeydə alındı – ARENA.AZ

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 20-ci turunda qapılara cəmi 8 qol vurulub.

Arena.az xəbər verir ki, baş tutmuş 6 oyunda orta məhsuldarlıq 1,33-ə bərabər olub.

Vurulan topların yarısı “Kəpəz” – “Neftçi” görüşündə (1:3) qeydə alınıb. “İmişli” – “Qarabağ” və “Qəbələ” – “Sabah” matçlarında qonaqlar, “Zirə” – “Karvan-Yevlax” və “Araz-Naxçıvan” – “Sumqayıt” qarşılaşmalarında meydan sahibləri bir qolla qələbə qazanıb. “Şamaxı” – “Turan Tovuz” oyunu isə 0:0 hesabı ilə başa çatıb.

Bu, mövsümün antirekordudur. Əvvəlki 19 turda ən az qol 4-cü turda vurulub – 9 top (orta məhsuldarlıq 1,50).

Qeyd edək ki, daha aşağı məhsuldarlığa sonuncu dəfə ötən mövsümün 29-cu turunda təsadüf olunub. Həmin vaxt 5 görüşdə 6 top vurulub və orta göstərici 1,20 olub.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
18
6
arena.az

10Mənbələr