AZ

Azərbaycanlı snayper həlak oldu

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həyatını itirib.

Globalinfo.az bildirir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, Camalov Zaur Mühiddin oğlu Ukrayanın Zaporojye vilayəti istiqamətində gedən döyüşlərdə ölüb.

Onun Rusiya ordusunun tərkibində snayper olaraq vuruşduğu məlumdur.

Zaur Camalovun 1992-ci il noyabrın 30-da Azərbaycanda anadan olduğu və uzun illər Rusiyanın Lipetsk vilayətində yaşadığı bildirilir.

Xatırladaq ki, Azərbaycanın Baş Prokurorluğu ötən il dekabrın 29-da vətəndaşlara müraciət eədək Rusiya-Ukrayna müharibəsində, eləcə də digər xarici ölkələrdəki silahlı münaqişələrdə iştirak etmək cinayət məsuliyyəti yaratdığını açıqlamışdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
109
7
globalinfo.az

8Mənbələr