ain.az, Axar.az portalına istinadən məlumat yayır.
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həyatını itirib.
Axar.az Modern.az-a istinadən xəbər verir ki, Zaur Mühiddin oğlu Camalov Ukrayanın Zaporojye vilayəti istiqamətində gedən döyüşlərdə ölüb.
Onun Rusiya ordusunun tərkibində snayper olaraq vuruşduğu məlumdur.
Zaur Camalovun 1992-ci il noyabrın 30-da Azərbaycanda anadan olduğu və uzun illər Rusiyanın Lipetsk vilayətində yaşadığı bildirilir.
Xatırladaq ki, Azərbaycanın Baş Prokurorluğu ötən il dekabrın 29-da vətəndaşlara müraciət eədək Rusiya-Ukrayna müharibəsində, eləcə də digər xarici ölkələrdəki silahlı münaqişələrdə iştirak etmək cinayət məsuliyyəti yaratdığını açıqlamışdı.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.