AZ

Eddi Hau “Nyukasl”ın zədəli futbolçularından danışdı – ARENA.AZ

“Qarabağ”ın Çempionlar Liqasının pley-offundakı rəqibi “Nyukasl”ın baş məşqçisi Eddi Hau heyətdəki zədəli futbolçuların durumunu açıqlayıb.

Arena.az xəbər verir ki, mütəxəssis bu barədə Britaniya mətbuatına danışıb.

“Nyukasl” ötən gün İngiltərə Federasiya Kubokunun 4-cü mərhələsi çərçivəsində səfərdə “Aston Villa” ilə qarşılaşıb və 3:1 hesablı qələbəyə sevinib.

Eddi Hau kubok matçında komandaya kömək edə bilməyən bəzi futbolçuların durumu barədə bunları danışıb:

“Hazırda əsas narahatlığımız Bruno Gimaraynşla bağlıdır. Onun zədəsinin nə dərəcədə ciddi olduğunu və hansı müddətə kənarda qalacağını müəyyənləşdirmək üçün müayinələrin tam nəticəsini gözləyirik. Lyuis Mayli də bud nahiyəsindən aldığı zərbə və əzələ zədəsi səbəbindən bir müddət bizə kömək edə bilməyəcək. Joelintonun bərpa prosesi çox yaxşı gedir və qayıdışı uzaqda deyil. Tino Livramento isə artıq yaşıl meydanda məşqlərə başlayıb və martın əvvəlində tam hazır olacağını gözləyirik”.

Xatırladaq ki, “Qarabağ”la “Nyukasl” arasında ilk matç fevralın 18-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 21:45-də start veriləcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə (saat 00:00) İngiltərədə təşkil ediləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
32
4
arena.az

10Mənbələr