AZ

Maykl Karrik – Premyer Liqada yanvarın ən yaxşı məşqçisi! – ARENA.AZ

“Mançester Yunayted”ə rəhbərlik edən ingilis futbol mütəxəssisi Maykl Karrik İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.

“Mançester Yunayted” Karrikin rəhbərliyi altında yanvarda “Arsenal”ı (3:2) və “Mançester Siti”ni (2:0) məğlub edərək iki qələbə qazanıb. Adıçəkilən kollektivlər turnir cədvəlində müvafiq olaraq birinci və ikinci yerdə qərarlaşıblar.

Karrik səsvermədə Şon Dayç (“Nottingem Forest”), Andoni İraola (“Bornmut”) və Liam Rosenyor (“Çelsi”) kimi məşqçiləri geridə qoyub.

Karrik karyerasında ilk dəfə Premyer Liqada ayın ən yaxşı məşqçisi mükafatını alır. Cari mövsümdə ilk belə mükafat “Liverpul”un sabiq çalışdırıcısı Arne Slota verilmişdi. Niderlandlı mütəxəssis avqust ayının ən yaxşısı elan edilmişdi. Sentyabrda “Kristal Pelas”ı çalışdıran Oliver Qlasner, oktyabrda “Mançester Yunayted”ə rəhbərlik etmiş Ruben Amorim, noyabrda “Çelsi”ni çalışdırmış Entso Mareska, dekabrda isə “Aston Villa”nın çalışdırıcısı Unai Emeri ən yaxşı seçilmişdi.

44 yaşlı Maykl Karrik “Mançester Yunayted”ə yanvarın 13-dən rəhbərlik etməyə başlayıb. O, “qırmızı şeytanlar”ı hələlik 5 oyuna çıxarıb, 4 qələbə və 1 heç-heçə görüb, məğlubiyyət acısı dadmayıb.

Karrik “Mançester Yunayted”in futbolçusu kimi 5 dəfə İngiltərə Premyer Liqasının, UEFA Çempionlar Liqasının, Avropa Liqasının və Klublararası Dünya Kubokunun qalibi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
23
8
arena.az

10Mənbələr