AZ

ABL: “Sabah” və “Neftçi”dən rahat qələbə – ARENA.AZ

Bu gün keçirilmiş oyunlarla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 17-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Öncə, “Şəki” doğma meydanda “Neftçi” ilə qarşılaşıb. Şəki Olimpiya İdman Kompleksində baş tutmuş görüş Bakı klubunun qələbəsi ilə başa çatıb – 93:77.

Turun son matçı Bakı İdman Sarayında NTD və “Sabah” komandaları arasında baş tutub. Qarşılaşma qrup liderinin 103:87 hesablı qələbəsi ilə başa çatıb.

Daha əvvəl keçirilmiş görüşlərdə “Sərhədçi” “Lənkəran”ı (83:69), “Naxçıvan” “Sumqayıt”ı (110:107), “Abşeron Lions” “Gəncə”ni (81:71), “Ordu” “Quba”nı (98:87) məğlub etmişdi.

Beləliklə, 17 turdan sonra qruplardakı vəziyyət belədir:

A qrupu: Sabah – 33. Abşeron Lions – 32. Neftçi – 25. Gəncə – 25. NTD – 19. Şəki – 19.

B qrupu: Ordu – 33. Naxçıvan – 30. Quba – 23. Sərhədçi – 23. Sumqayıt – 23. Lənkəran – 21.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
24
8
arena.az

10Mənbələr