AZ

Müşahidə Missiyası Zəngəzur dəhlizində?

“Biz işimizi, sərhəddə patrul xidmətini davam etdirməyə, nəinki sülh müqaviləsi imzalanana, həm də təsdiqlənənə qədər burada qalmaq barədə razılaşdıq. Hələlik başqa heç bir müzakirə aparılmayıb”.

“Cebheinfo.az” xəbər verir ki, Ermənistandakı Avropa İttifaqının Ermənistandakı Mülki Monitorinq Missiyasının (EUMA) missiyasını başa vuran rəhbəri Markus Ritter bunu 13 fevralda jurnalistlərlə söhbətində bildirib. 

Ondan Ermənistandakı missiyanın davam etdirilməsinin hökumətlə müzakirə edilib-edilmədiyi və ya missiyanın dəyişdirilmiş formatda həyata keçiriləcəyi soruşulub.

Sülh müqaviləsinin təsdiqlənməsindən sonra missiyanın TRIPP layihəsində iştirak edib-etməyəcəyi ilə bağlı suala cavab olaraq Ritter bildirib: 

"Mümkün variantlar barədə danışa bilmərəm, bu, mənimlə müzakirə olunmayıb. Avropa İttifaqı payızda Ermənistan hökuməti ilə gələcək planları müzakirə edəcək, lakin bu məsələ hələ müzakirə olunmayıb".O, Ermənistana gələndə sərhəddə ciddi gərginlik olduğunu bildirib.

"Bu, olduqca çətin bir dövr idi. O dövrdə sərhəd yaxınlığında yaşayan əhali yaxın gələcəkdə yeni və açıq münaqişədən qorxurdu. Amma bu baş vermədi. Buna görə də deyə bilərəm ki, missiya öz bəhrəsini verdi. 

İndi vəziyyət sakitdir, bu, hər iki tərəfə bir-biri ilə danışmaq, qalan məsələləri həll etməyə çalışmaq üçün vaxt və fürsət verir.

Missiya əvvəlcə 40 nəfərdən ibarət olub, indi isə 210 nəfərdir. Bizi kifayət qədər yaxşı qarşıladılar və yerli hakimiyyət orqanları ilə yaxşı əməkdaşlıq qurduq. 

Hesab edirəm ki, missiya uğurlu oldu və bu, təkcə mənim üçün deyil, həm də Ermənistan üçün uğur hekayəsidir", - deyə Ritter deyib.

Seçilən
9
3
cebheinfo.az

4Mənbələr