AZ

Ermənistandakı Aİ missiyası bu tarixə qədər Azərbaycanı “güdəcək”

Sülh müqaviləsi nəinki imzalanana, həm də təsdiqlənənə qədər işimizi davam etdirməyə, sərhəddə patrul xidmətini davam etdirməyə və hadisələr barədə məlumat verməyə razılaşdıq. Hələlik başqa müzakirələr aparılmayıb.

Publika.az xəbər verir ki, bunu Ermənistandakı missiyasını başa vuran Avropa Birliyinin Ermənistandakı Mülki Monitorinq Missiyasının (EUMA) rəhbəri Markus Ritter jurnalistlərlə söhbətində bildirib.

Sülh müqaviləsinin təsdiqlənməsindən sonra missiyanın TRIPP layihəsində iştirak edib-etməyəcəyi ilə bağlı suala cavab olaraq Ritter bildirib: "Mümkün variantlar barədə danışa bilmərəm; bu, mənimlə müzakirə olunmayıb. Avropa İttifaqı payızda Ermənistan hökuməti ilə gələcək planları müzakirə edəcək, lakin bu məsələ hələ müzakirə olunmayıb".

O, Ermənistana gələndə sərhəddə ciddi gərginlik olduğunu, atışmaların baş verdiyini və hətta hərbçilərin öldürüldüyünü bildirib.

"Bu, olduqca çətin bir dövr idi. O günlərdə sərhəd yaxınlığında yaşayan əhali yaxın gələcəkdə yeni və açıq münaqişədən qorxurdu. Amma bu baş vermədi. Buna görə də deyə bilərəm ki, missiya öz bəhrəsini verdi. İndi hər şey sakitdir və bu, münaqişənin hər iki tərəfinə bir-biri ilə danışmaq və qalan məsələləri həll etməyə çalışmaq üçün vaxt və fürsət verir.

Seçilən
3
3
publika.az

4Mənbələr