AZ

“Berlinin artıq Ukraynaya silah tədarükünü davam etdirmək imkanı yoxdur” - Pistorius

Almaniyanın müdafiə naziri Boris Pistorius ölkənin silah və hərbi texnika ehtiyatlarının demək olar ki, tamamilə tükəndiyini bidirib. O qeyd edib ki, Berlinin artıq Ukraynaya tədarükü davam etdirmək imkanı yoxdur.

Herbiand.az-ın məlumatına görə, Pistorius bu açıqlamanı Berlində keçirilən mətbuat konfransında verib.

“Biz bu məsələdə imkanlarımızın həddinə çatmışıq”, - müdafiə naziri qeyd edib.

Bununla belə, o vurğulayıb ki, Almaniya hərbi münaqişə boyunca Ukraynaya xeyli miqdarda silah ötürüb: “İndi Berlin Kiyevə maliyyə dəstəyinə diqqət yetirəcək”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
84
herbiand.az

1Mənbələr