Almaniyanın müdafiə naziri Boris Pistorius ölkənin silah və hərbi texnika ehtiyatlarının demək olar ki, tamamilə tükəndiyini bidirib. O qeyd edib ki, Berlinin artıq Ukraynaya tədarükü davam etdirmək imkanı yoxdur.
Herbiand.az-ın məlumatına görə, Pistorius bu açıqlamanı Berlində keçirilən mətbuat konfransında verib.
“Biz bu məsələdə imkanlarımızın həddinə çatmışıq”, - müdafiə naziri qeyd edib.
Bununla belə, o vurğulayıb ki, Almaniya hərbi münaqişə boyunca Ukraynaya xeyli miqdarda silah ötürüb: “İndi Berlin Kiyevə maliyyə dəstəyinə diqqət yetirəcək”.
Bəxtiyar CƏFƏRLİ