AZ

“WhatsApp”ın Rusiyada tam fəaliyyətinin bərpası üçün şərtlər açıqlanıb

Ayna saytına istinadən ain.az xəbər verir.

“Şirkət Rusiyanın tələblərini qulaqardına vurmağa davam edərsə, xidmətin bərpası ehtimalı yoxdur”

“Meta” şirkətinə məxsus “WhatsApp”ın Rusiyada tam fəaliyyətinin bərpası Rusiya qanunlarına riayət etmək və dialoqa hazır olmaq şərtilə mümkündür. AYNA.AZ xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov TASS-a verdiyi müsahibədə deyib.

"Bu, qanuna riayət etmək məsələsidir. Əgər “Meta Corporation” buna əməl edərsə, Rusiya hakimiyyəti ilə dialoqa girəcək və sonra razılaşma mümkün olacaq", - deyə Peskov xidmətin taleyi ilə bağlı sualları cavablandırarkən bildirib.

Kreml sözçüsü vurğulayıb ki, “şirkət Rusiyanın tələblərini qulaqardına vurmağa davam edərsə, xidmətin bərpası ehtimalı yoxdur”.

"Əgər korporasiya eyni güzəştsiz mövqeyi tutmağa davam edərsə və deyərdim ki, Rusiya qanunlarına riayət etməkdə tamamilə istəksiz olduğunu nümayiş etdirərsə, onda heç bir şans yoxdur", - deyə o əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
23
ayna.az

10Mənbələr