AZ

Azərbaycan dünyanın ən güclü ölkəsi ilə tərəfdaş oldu

“Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya” imazalanıb. 

Burada regional bağlantılar, iqtisadi sərmayə və təhlükəsizlik əməkdaşlığı da daxil olmaqla, qarşılıqlı maraq və ortaq fayda doğuran sahələrdə strateji tərəfdaşlıqlarının əhəmiyyətini təsdiqlənib. 

Xartiyada göstərilir ki, Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları Trans-Xəzər Nəqliyyat Dəhlizini (Orta Dəhliz) əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı, enerji və data bağlantısı, ticarət və tranzitin asanlaşdırılması, gömrük nəzarəti və sərhəd keçidi, beynəlxalq multimodal logistika və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıları təşviq etmək üçün birgə işləmək niyyətindədirlər. 

Mütəxəssislər sənədin iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsində mühüm rol oynayacağını bildirirlər. 

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrinin müavini Azər Badamov “Cebheinfo.az”-a bildirib ki, Xartiyanın bazisində ölkələrimizin bir-birinin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü və sərhədlərin toxunulmazlığının qarşılıqlı şəkildə təsdiqi dayanır: 

“Bu, ABŞ-nin Azərbaycanı regionda mühüm strateji tərəfdaş kimi tanıdığını göstərən siyasi sənəddir. Sənəddə əməkdaşlıq istiqamətləri müəyyən olunur. 

Burada əsas istiqamətlər enerji və iqtisadi əməkdaşlıq, texnologiya və innovasiya sahələri, regional layihələri və nəqliyyat dəhlizləri və təhlükəsilzik və müdafiə sahəsində əməkdaşlığı özündə ehtiva edir. Bayden-Blinken administrasiyası dövründə Azərbaycan - ABŞ münasibətləri tarixin minimumuna düşmüşdü. 

ABŞ-nin Vitse-prezidenti Vens Prezident İlham Əliyevlə görüşü zamanı da bu məsələyə xüsusilə toxunaraq əvvəlki administrasiyanın Azərbaycana qarşı sərsəm siyasət yürütdyünü qeyd etdi və qarşıdan gələn üç ildə ölkələrimiz arasında münasibətlərin daha da inkişaf edəcəyini bildirdi. 

Bu sənədi imzalamaqla Azərbaycan dünyanın ən güclü ölkəsi ilə strateji tərəfdaş olur. Bu, təbii ki, hərtərəfli əlaqələrin inkişaf etdirilməsinə, regionumuzda sülhün dayanıqlı olmasına və əməkdaşlığın genişlənməsinə xidmət edəcək”.

Seçilən
34
32
cebheinfo.az

10Mənbələr