AZ

“Şamaxı” – “Qarabağ” matçı təxirə salına bilər

BAKI, 10 fevral. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində keçiriləcək “Şamaxı” - “Qarabağ” oyunu əlverişsiz hava durumuna görə təxirə salına bilər.

Peşəkar Futbol Liqasından Teleqraf-a verilən məlumata görə, hazırda Şamaxı şəhər stadionu Bakıdan aparılan xüsusi texnikanın vasitəsi ilə təmizlənir. Oyunun başlanacağı zaman hakimlər briqadasının yekun rəyi əsasında, matçın keçirilib-keçirilməməsinə qərar veriləcək:

“Bu gün səhər saatlarından etibarən Şamaxı şəhərinə qar yağmağa başlayıb. Bu ehtimalı nəzərə alınaraq AFFA ilə birgə danışıqların yekunu olaraq əraziyə Bakıdan peşəkar qar təmizləyən traktor göndərilib. Hazırda qar davam etdiyi üçün təmizlənən ərazi yenidən qarla örtülür. Əsas problem də məhz budur. Amma işlər tam planlı şəkildə aparılır, “Şamaxı” klubu ilə daim əlaqədəyik, klub narıncı toplarla da təmin olunub. Əlbəttə ki, əsas məqsəd oyunun əvvəlcədən planlaşdırıldığı qaydada keçirilməsidir və bunun üçün bütün addımlar atılır. Əgəraradan qaldırılması mümkün olmayan problemlər meydana çıxarsa, hakimin qərarına əsasən, əsasnaməyə uyğun olaraqaddımlar atılacaq”.

Qeyd edək ki, oyununun başlama vaxtı saat 14:30-dur.

Seçilən
34
10
teleqraf.com

10Mənbələr