Ukraynadakı müharibə fonunda bölgənin strateji əhəmiyyəti artıb. Montrö konvensiyası səbəbindən NATO-nun dənizə çıxışı məhdud olsa da, Türkiyə, Rumıniya və Bolqarıstan təhlükəsizlik üçün mühüm rol oynayır.
Luik Bakı və İrəvan arasındakı dialoqu "çox müsbət dinamika" adlandırıb. O, ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqların düzgün istiqamətdə getdiyini və region üçün ümid verdiyini vurğulayıb.
Səfir Gürcüstanda demokratik dəyərlərin zəifləməsindən və Rusiya təsirinin artmasından dərin narahatlığını ifadə edib: "Gürcüstan regionun demokratik mayakı idi. Demokratiyanın çökməsi və Rusiya təsirinin güclənməsi təkcə gürcü xalqı üçün deyil, bütün bölgə üçün mənfi haldır."
Yuri Luik sonda gürcü xalqının əksəriyyətinin demokratik yolu dəstəklədiyinə və ölkənin tezliklə bu yola yenidən qayıdacağına ümidvar olduğunu qeyd edib.