AZ

Cənubi Qafqazda yeni reallıqlar: Bakı-İrəvan ümidi və Tbilisi narahatlığı – ÖZƏL

Olaylar.az xəbər verir ki, Estoniyanın NATO-dakı səfiri Yuri Luik "Independence Avenue Media"ya müsahibəsində Cənubi Qafqazdakı cari vəziyyəti dəyərləndirib. Səfir regionda həm müsbət, həm də narahatedici tendensiyaların müşahidə olunduğunu bildirib.

Ukraynadakı müharibə fonunda bölgənin strateji əhəmiyyəti artıb. Montrö konvensiyası səbəbindən NATO-nun dənizə çıxışı məhdud olsa da, Türkiyə, Rumıniya və Bolqarıstan təhlükəsizlik üçün mühüm rol oynayır.

Luik Bakı və İrəvan arasındakı dialoqu "çox müsbət dinamika" adlandırıb. O, ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqların düzgün istiqamətdə getdiyini və region üçün ümid verdiyini vurğulayıb.

Səfir Gürcüstanda demokratik dəyərlərin zəifləməsindən və Rusiya təsirinin artmasından dərin narahatlığını ifadə edib: "Gürcüstan regionun demokratik mayakı idi. Demokratiyanın çökməsi və Rusiya təsirinin güclənməsi təkcə gürcü xalqı üçün deyil, bütün bölgə üçün mənfi haldır."

Yuri Luik sonda gürcü xalqının əksəriyyətinin demokratik yolu dəstəklədiyinə və ölkənin tezliklə bu yola yenidən qayıdacağına ümidvar olduğunu qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
35
olaylar.az

1Mənbələr