İsrail Müdafiə Qüvvələri Livanın cənubunda Hizbullah artilleriya bölmələrinin rəhbərinin öldürüldüyünü açıqladı. Vətəninfo.az-ın məlumatına görə , bu barədə İsrail ordusunun yaydığı açıqlamada bildirilir.
“Dünən İsrail Müdafiə Qüvvələri Yanuxa bölgəsinə zərbə endirib və Hizbullahın artilleriya rəisi vəzifəsini tutan terrorçu Əhməd Əli Salamini öldürüb”, – deyə açıqlamada bildirilir.
Hərbçilər bildiriblər ki, öldürülən hərbçi döyüş zamanı İsrail əsgərlərinə qarşı çoxsaylı hücumlara görə məsuliyyət daşıyır və bu yaxınlarda qrupun Livanın cənubunda hərbi imkanlarının bərpasında iştirak edib.