Bakının Nərimanov rayonunda fəaliyyət göstərən "Aristokrat" Tibb Mərkəzi cərimələnib.
Moderator.az "Teleqraf"a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi tərəfindən klinikada keçirilən planlı yoxlama zamanı sertifikasiya şəhadətnaməsi olmadan praktik tibb fəaliyyətinə buraxılma faktı aşkarlanıb.
Söhbət konkret olaraq sertifikasiya şəhadətnaməsi olmadan Kənan Həsənov və Araz Məmmədzadənin tibbi praktiki fəaliyyət göstərməsindən gedir.
Nəticədə "Aristokrat" barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən protokol tərtib edilib. Protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarına əsasən, tibb mərkəzi 6 min manat məbləğində cərimələnib.
Qeyd edək ki, bir müddət öncə sözügedən tibb mərkəzində tibbi təhsili olmayan stomatoloqların işlədiyinə dair xəbərlər yayılmışdı.