AZ

“Aristokrat” Tibb Mərkəzində sertifikatsız həkimlər işləyir



Bakının Nərimanov rayonunda fəaliyyət göstərən “Aristokrat” Tibb Mərkəzi cərimələnib.


Medicina.az xəbər verir ki, Səhiyyə Naziliyi tərəfindən klinikada keçirilən planlı yoxlama zamanı sertifikasiya şəhadətnaməsi olmadan praktik tibb
fəaliyyətinə buraxılması faktı aşkarlanıb.
Belə ki,Kənan Həsənov və Araz Məmmədzadənin tibbi praktiki fəaliyyət göstərməsinin qanunsuz olduğu üzə çıxarılıb.

Nəticədə “Aristokrat” Tibb Mərkəzi barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən protokol tərtib edilib. Protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarına əsasən, “Aristokrat” Tibb Mərkəzi 6000 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, bir müddət öncə sözügedən tibb mərkəzində tibbi təhsili olmayan stomatoloqların işlədiyinə dair xəbərlər yayılmışdı


Seçilən
38
12
medicina.az

10Mənbələr