AZ

Hindistanda kömür mədənində baş verən partlayışda ölənlərin sayı artıb

Hindistanın şimal-şərqində yerləşən Meqhalaya ştatında mədəndə baş verən partlayış nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə yerli polisdən bildiriblər.

Bundan başqa, hadisə nəticəsində xəsarət alan doqquz nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam etdirilir və itki sayının artması istisna olunmur.

Qeyd edək ki, Hindistanda kömür mədənində partlayış fevralın 5-də baş verib.

Seçilən
10
11
far.az

10Mənbələr