AZ

Hindistanda mədəndə partlayış nəticəsində azı 18 işçi həlak olub

Hindistanın şimal-şərqindəki Meqhalaya ştatında özəl kömür mədənində baş verən partlayış nəticəsində azı 18 işçi həlak olub.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə "Press Trust of India" agentliyi məlumat verib.

Hadisə dağlıq Şərqi Jantia Hils bölgəsində qanunsuz fəaliyyət göstərən mədəndə baş verib. Partlayış yerində 18 nəfərin meyiti tapılıb, daha bir nəfər xilas edilib. Agentliyin məlumatına görə, daha bir neçə nəfər dağıntılar altında qalmış ola bilər.

Axtarış-xilasetmə işləri davam edir.

Seçilən
23
5
missiya.az

8Mənbələr