AZ

Hindistanda kömür mədənində partlayış: Çox sayda ölü və yaralı var

Hindistanda kömür mədənində partlayış: Çox sayda ölü və yaralı var

Hindistanda qeyri-qanuni şəkildə fəaliyyət göstərən kömür mədənində baş verən partlayışda ilkin məlumatlara görə, azı 16 nəfər həyatını itirib, 8 nəfər isə yaralanıb.

Hindistanın Meqhalaya ştatının Şərqi Cayntia Hills bölgəsində qanunsuz işlədilən kömür mədənində partlayış baş verib. Rəsmilər mədəndə qalanların ola biləcəyini və ölənlərin sayının artacağını istisna etmirlər.

Mədənin yerləşdiyi mövqe səbəbindən xilasetmə işlərinin çətinləşdiyi, ştat və federal xilasetmə qruplarının hadisə yerinə çatıb əməliyyatlara başlaması üçün bir neçə saatlıq çətin ərazi yolu keçməli olduqları bildirilib. Mədəndə başladılan axtarış-xilasetmə işləri irəliləyən saatlarda avadanlıq çatışmazlığı səbəbindən müvəqqəti dayandırılıb.

Meqhalaya hökuməti hadisə ilə əlaqədar genişmiqyaslı araşdırma aparılması barədə göstəriş verib.

Seçilən
72
afn.az

1Mənbələr