AZ

Hindistanda mədəndə baş verən partlayışda ölənlərin sayı 27-yə yüksəlib

Hindistanın şimal-şərqindəki mədəndə baş verən partlayış nəticəsində həlak olanların sayı 27-yə yüksəlib.

“İki sahil” "Xinhua"ya istinadən xəbər verir ki, bu barədə şənbə günü yerli polis məlumat yayıb.

"Meqhalaya ştatında qeyri-qanuni kömür mədənində partlayış nəticəsində həlak olanların sayı 27-yə yüksəlib. Hadisə nəticəsində ən azı doqquz nəfər xəstəxanada müalicə alır", - açıqlamada deyilir.

Fövqəladə Hallar üzrə Milli Müdaxilə Qüvvələrinin nümayəndəsinin sözlərinə görə, mədəndə hələ də insanlar ola bilər. Bu səbəbdən axtarış-xilasetmə işləri davam edir.

Daha əvvəl 18 nəfərin həlak olduğu bildirilmişdi.

Xatırladaq ki, partlayış fevralın 5-də Şərqi Jantia Hils bölgəsində qanunsuz fəaliyyət göstərən mədəndə baş verib.

Seçilən
17
11
ikisahil.az

10Mənbələr