AZ

Londonda tələbələrə bıçaqlı hücum olub

Bakı. Trend:

Böyük Britaniyanın London şəhəri yaxınlığında, Surreyqraflığında yerləşən Eqhem dəmiryol stansiyasında üç tələbə bıçaqlıhücuma məruz qalıb.

Trend xəbər verirki, bu barədə Britaniya nəqliyyat polisi məlumat yayıb.

Bildirilib ki, insident fevralın 6-sı axşam saatlarında başverib. Hücum nəticəsində 20 yaşlı iki gənc bıçaq xəsarətləri alıb,22 yaşlı şəxs isə üz nahiyəsindən kəsik yarası ilə xəstəxanayayerləşdirilib. Həkimlərin sözlərinə görə, zərərçəkənlərin həyatitəhlükəsi yoxdur.

Məlumata əsasən, xəsarət alanların hamısı paytaxt Londondayerləşən “Royal Holloway” Universitetinin tələbələridir.

Hadisədə şübhəli bilinən təxminən 30 yaşlı kişi ağır bədənxəsarəti yetirmək ittihamı ilə saxlanılıb. Hücumun motivlərihələlik açıqlanmayıb.

Polis insidenti bir-birini tanımayan iki qrup arasında başvermiş “ciddi, lakin təcrid olunmuş hadisə” kimi qiymətləndirib.Hücumla əlaqəli daha iki nəfərin hadisə yerindən qaçdığı, onlarınaxtarışlarının davam etdiyi bildirilir.

Seçilən
54
8
az.trend.az

10Mənbələr