AZ

Londonda tələbələrə bıçaqlı hücum edildi

Böyük Britaniyanın London şəhəri yaxınlığında, Surrey qraflığında yerləşən Eqhem dəmiryol stansiyasında üç tələbə bıçaqlı hücuma məruz qalıb.

Publika.az xəbər verir ki, bu barədə Britaniya nəqliyyat polisi məlumat yayıb.

Bildirilib ki, insident fevralın 6-sı axşam saatlarında baş verib. Hücum nəticəsində 20 yaşlı iki gənc bıçaq xəsarətləri alıb, 22 yaşlı şəxs isə üz nahiyəsindən kəsik yarası ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin sözlərinə görə, zərərçəkənlərin həyati təhlükəsi yoxdur.

Məlumata əsasən, xəsarət alanların hamısı paytaxt Londonda yerləşən “Royal Holloway” Universitetinin tələbələridir.

Seçilən
18
6
publika.az

10Mənbələr