AZ

"Mən hələ cavanam" - 79 yaşlı Tramp

İyun ayında 80 yaşı tamam olacaq ABŞ prezidenti Donald Tramp özünü cavan hiss etdiyini açıqlayıb. 

"Unikal" xəbər verir ki, o, bu  barədə "NBC News"a müsahibəsində söhbət açıb. 

"Həm fiziki, həm də zehni olaraq özümü əla hiss edirəm. 50 il əvvəl olduğu kimi hiss edirəm. Bu, dəlilikdir", - deyə Tramp bildirib.

Amerika lideri əlavə edib ki, əsasən ictimaiyyətə hesabat vermək üçün tibbi müayinələrdən keçir. 

Tramp yanvarın 2-də tibbi müayinədən keçdiyini və Ağ Ev həkimlərinin onun sağlamlığının mükəmməl olduğu qənaətinə gəldiyini açıqlamışdı. 

Gülayə Mecid

Seçilən
92
50
unikal.az

10Mənbələr