ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı "həqiqətən yaxşı liderlər" adlandırıb.
"Unikal" xəbər verir ki, Vaşinqtonda keçirilən səhər yeməyi mərasimində çıxış edən ABŞ prezidenti bir daha özünün bir sıra beynəlxalq münaqişələrin həllindəki rolunu xatırladıb.
"Mən Kamboca və Tailand, Kosovo və Serbiya, Pakistan və Hindistan, İsrail və İran, Ermənistan və Azərbaycan kimi vəhşi müharibələri həll etmişəm", - deyə Tramp bildirib.
Ötən il avqustun 8-də Vaşinqton sammitinin nəticələrindən danışan Tramp vurğulayıb: "İki həqiqətən yaxşı lider. Onlar uzun illər döyüşüblər. Amma biz bunu tez bir zamanda həll etdik".