Ağcabədidə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.
"Yeni Sabah" xəbər verir ki, Avşar kəndində ana və 3 övladı Ağcabədi rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həyati təhlükələrinin olmadığı deyilir.
Oxşar hadisə Mingəçevir şəhərində də baş verib. Şəhər ərazisində bir ailənin dörd üzvü - 2010-cu il təvəllüdlü D.Yusifli, 2014-cü il təvəllüdlü N.Yusifli, 2015-ci il təvəllüdlü E.Yusifli və 1988-ci il təvəllüdlü N.Yusifova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Hər iki faktla bağlı hüquq-mühafizə orqanların araşdırma aparılır.
Telegram kanalımız