AZ

"Ermənilər bu sualı özlərinə verməlidir" - Rusiyadan xəbərdarlıq

Avropa Birliyinə mümkün üzvlük qərarı Ermənistan xalqının seçimidir. Lakin Yerevan Aİ-nin mahiyyətindəki dəyişikliyi nəzərə almalıdır. 

"Unikal" xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

Onun sözlərinə görə, Aİ-yə üzvlük üçün rəsmi danışıqlar nə vaxtsa başlasa, uzun illər davam edəcək: "Əlbəttə ki, Avropa İttifaqının dinamikasına, nəyə çevrildiyinə baxmalıyıq. Burada Avropa Komissiyasının və Brüsselin bəyanatlarına əməl edilməlidir. Bu da Avropa İttifaqının iqtisadi birlikdən hərbi-siyasi birliyə çevrildiyini göstərir. Bunu nəzərə almaq lazımdır. Avropa İttifaqının məzmunu gözümüzün qabağında dəyişir.

Ermənilər bu gün Rusiya Federasiyasına qarşı çox aqressiv olan hərbi-siyasi birliyə qoşulmağa hazırdırlarmı? Yəqin ki, ermənilər özlərinə bu sualı verməlidirlər. Hər halda, əlbəttə ki, dəfələrlə deyilib ki, istənilən inteqrasiya birliyinin seçimi həmişə erməni xalqının seçimidir.

Müəyyən məqamda qərarlar qəbul edilməlidir, çünki Nikol Paşinyan həm burada, həm də Ermənistanda dəfələrlə deyib: hamı başa düşür ki, Ermənistan eyni anda iki inteqrasiya birliyində ola bilməz". 

Ağarza Elçinoğlu

Seçilən
19
2
unikal.az

7Mənbələr