AZ

Moskvadan İrəvana növbəti xəbərdarlıq: Rusiyaya qarşı aqressiv olan...

Aİ-yə qoşulmaq qərarı Ermənistan xalqının seçimidir, lakin İrəvan iqtisadi birlikdən hərbi-siyasi birliyə çevrilən Avropa İttifaqının dəyişən təbiətini nəzərə almalıdır.

Publika.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

“Əgər onlar nə vaxtsa rəsmi olaraq bu cür danışıqlara başlasalar, bu, uzun illər çəkəcək. Əlbəttə ki, Avropa İttifaqının özünün dinamikasına, nəyə çevrildiyinə baxmalıyıq. Bu gün Avropa Komissiyasından və Brüsseldən gələn bəyanatları izləməliyik. Bu bəyanatlar Avropa İttifaqının iqtisadi birlikdən hərbi-siyasi birliyə çevrilməsi ilə bağlıdır. Bunu da nəzərə almaq lazımdır. Avropa İttifaqının mahiyyəti gözümüzün qabağında dəyişir”, - deyə o qeyd edib.

"Ermənilər hazırda Rusiya Federasiyasına qarşı çox aqressiv mövqedə olan hərbi-siyasi ittifaqa qoşulmağa hazırdırlarmı? Bəlkə də ermənilər də özlərinə bu sualı verməli olacaqlar. Hər halda, əlbəttə ki, dəfələrlə bildirilib ki, bu və ya digər inteqrasiya birliyinin lehinə seçim həmişə erməni xalqının seçimidir", - deyə Rusiya Baş nazirinin müavini əlavə edib.

Seçilən
9
2
publika.az

7Mənbələr