AZ

Kremldən İrəvana XƏBƏRDARLIQ: Avropa İttifaqını seçərsə…

Avropa İttifaqına (Aİ) qoşulmaq qərarı Ermənistan xalqının seçimidir, lakin İrəvan iqtisadi birlikdən hərbi-siyasi birliyə çevrilən Aİ-nin mahiyyətindəki dəyişiklikləri nəzərə almalıdır.

Ölkə.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib. 

“Əgər onlar nə vaxtsa rəsmi olaraq bu cür danışıqlara başlasalar, bu, uzun illər çəkəcək. Əlbəttə ki, Aİ özünün dinamikasına, nəyə çevrildiyinə baxmalıyıq. Əlbəttə ki, burada da bu gün Avropa Komissiyasından və Brüsseldən gələn bəyanatları izləməliyik. Bu bəyanatlar Aİ-nin iqtisadi birlikdən hərbi-siyasi birliyə çevrilməsi ilə bağlıdır. Bunu da nəzərə almaq lazımdır. Avropa İttifaqının mahiyyəti gözümüzün qabağında dəyişir”, - o qeyd edib.
Overçuk daha sonra əlavə edib: “Ermənilər hazırda Rusiyaya qarşı çox aqressiv mövqedə olan hərbi-siyasi ittifaqa qoşulmağa hazırdırlarmı? Bəlkə də ermənilər də özlərinə bu sualı verməli olacaqlar".

 Overçuk onu da qeyd edib ki, bu məsələ həm  Moskvada, həm də  İrəvanda çox müzakirə olunub. “Paşinyan bu barədə danışıb: hamı başa düşür ki, Ermənistan eyni vaxtda iki inteqrasiya birliyinin üzvü ola bilməz”, - Overçuk yekunlaşdırıb.

 Mürtəza

Seçilən
13
2
olke.az

7Mənbələr