Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət yığması fevralın 5-dən 10-dək Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olacaq.
"Unikal" xəbər verir ki, U-17 hazırlıq çərçivəsində fevralın 6-da və 9-da Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.
Hər iki qarşılaşmanın Gürcüstan Futbol Federasiyasının Futbol Akademiyasında keçirilməsi planlaşdırılır.