AZ

Millimiz Gürcüstanla qarşılaşacaq

17 yaşadək qadın futbolçulardan ibarət millimiz fevralın 5-dən 10-dək Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olacaq.

"Football-plus.az" xəbər verir ki, U-17 hazırlıq çərçivəsində fevralın 6-da və 9-da Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.

Hər iki qarşılaşmanın Gürcüstan Futbol Federasiyasının Futbol Akademiyasında Bakı vaxtı ilə saat 13.00-da başlanması planlaşdırılır.

Seçilən
10
7
football-plus.az

10Mənbələr