AZ

Yığma komandamız Gürcüstanla qarşılaşacaq

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi fevralın 5-dən 10-dək Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olacaq.

Sportal.az xəbər verir ki, U-17 hazırlıq çərçivəsində fevralın 6-sı və 9-da Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.

Hər iki qarşılaşmanın Gürcüstan Futbol Federasiyasının Futbol Akademiyasında, Bakı vaxtı ilə saat 13:00-da başlaması planlaşdırılır.

 

saytlarin hazirlanmasi

Seçilən
14
7
sportal.az

10Mənbələr