AZ

“Qəbələ” – “Turan Tovuz” görüşünün vaxtı açıqlandı

Azərbaycan Premyer Liqasının 14-cü turundan təxirə salınmış “Qəbələ” – “Turan Tovuz” görüşünün vaxtı açıqlanıb.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, görüş fevralın 24-də keçiriləcək və saat 15:00-da başlayacaq. 

Xatırladaq ki, ötən il dekabrın 25-də oynanılan “Qəbələ” – “Turan Tovuz” matçı qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılmışdı. PFL-in qərarına əsasən, görüş yeni oyun kimi keçiriləcək.

 Klublar görüşdə sifariş vərəqəsində mövcud olan futbolçulardan istifadə edəcəklər. 24-cü dəqiqədə dayandırılmış oyun üçün qüvvədə olan cəzalar Misli Premyer Liqasının növbəti oyunlarına şamil ediləcək.

Seçilən
8
3
idmanxeber.az

8Mənbələr