Azərbaycan Premyer Liqasının XIV turundan təxirə salınmış “Qəbələ” – “Turan Tovuz” görüşünün vaxtı açıqlanıb.
Msport.az xəbər verir ki, görüş fevralın 24-də keçiriləcək və saat 15:00-da başlayacaq.
Qeyd edək ki, ötən il dekabrın 25-də oynanılan “Qəbələ” – “Turan Tovuz” matçı qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılmışdı. PFL-in qərarına əsasən, görüş yeni oyun kimi keçiriləcək.