Misli premyer-liqasının 14-cü turundan təxirə salınmış “Qəbələ” – “Turan Tovuz” görüşünün vaxtı açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, görüş fevralın 24-də keçiriləcək və saat 15.00-da başlayacaq.
Xatırladaq ki, ötən il dekabrın 25-də oynanılan "Qəbələ" - "Turan Tovuz" matçı qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılmışdı. PFL-in qərarına əsasən, görüş yeni oyun kimi keçiriləcək. Klublar görüşdə sifariş vərəqəsində mövcud olan futbolçulardan istifadə edəcəklər. 24-cü dəqiqədə dayandırılmış oyun üçün qüvvədə olan cəzalar Misli premyer-liqasının növbəti oyunlarına şamil ediləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta