AZ

Avropanın ən varlı ölkəsi təhlükəsizliyə görə vergiləri artıracaq

Reyting.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Geosiyasi vəziyyətin pisləşməsi səbəbindən İsveçrə Federal Şurası müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirmək qərarına gəlib. Bu isə ölkədə vergi artımlarına səbəb olacaq.

Reyting.az xəbər verir ki, bu barədə İsveçrə hökumətinin mətbuata açıqlamasında bildirilib.

Qeyd olunur ki, İsveçrə ordusunun və mülki təhlükəsizlik xidmətlərinin gücləndirilməsi üçün 31 milyard İsveçrə frankı (təxminən 33,8 milyard avro əlavə vəsait) tələb olunacaq.

Bu xərcləri maliyyələşdirmək üçün hökumət 2028-ci ildən başlayaraq on il davam edəcək əlavə dəyər vergisinin (ƏDV) müvəqqəti və hədəflənmiş şəkildə 0,8 faiz bəndi artırılmasını təklif edir. Yaranan əlavə gəlir borc götürmək imkanına malik olacaq xüsusi silahlanma fonduna yönəldiləcək. Bu vəsait əsasən ordu üçün silahların alınması üçün istifadə olunacaq.

“Əhali və ölkəni qorumaq, eləcə də Avropa müdafiə arxitekturasında gələcək təhlükəsizlik risklərinin qarşısını almaq üçün əlavə maliyyə resursları lazımdır; hərbi xərclərin 2032-ci ilə qədər ÜDM-in 1 faizinə qədər artırılması planlaşdırılır”, - deyə açıqlamada qeyd olunur.

Mövcud İsveçrə qaydalarına görə, müvafiq qərar rəsmiləşdirildikdən və parlamentdən keçdikdən sonra, 2027-ci ilin yayına planlaşdırılan milli referendumla təsdiqlənməlidir. Təsdiqlənərsə, ƏDV artımı 1 yanvar 2028-ci ildə qüvvəyə minəcək.

V. QULİYEV

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
88
50
reyting.az

10Mənbələr