AZ

Birol Akgün: Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə yüksək səviyyədə tədbirlər keçiriləcək

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 30 yanvar, AZƏRTAC

2026-cı il ilk dəfə keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinə təsadüf edir. Bu il dil və mədəniyyət sahəsində ortaq irsimizin ön plana çıxarılması, eləcə də ortaq əlifba məsələsi ilə bağlı siyasi iradənin ifadə olunması baxımından son dərəcə əlamətdar bir dövrdür.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün deyib.

O bildirib ki, Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə bu il yüksək səviyyədə müxtəlif tədbirlər və proqramlar həyata keçiriləcək.

Səfirin sözlərinə görə, Türk dünyasının müxtəlif ölkələrindən olan alim və mütəxəssislərin iştirakı ilə mühüm elmi və mədəni platforma formalaşacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
19
azertag.az

10Mənbələr