AZ

İnstaqramdakı səhifədən planşet alan şəxs aldadılıb təhdid edildi ŞİKAYƏT FOTO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Paytaxtda onlayn mağazaların birindən məhsul alan vətəndaş istehlakçı hüquqlarının pozulması ilə üzləşib. Bu barədə şikayət Azad İstehlakçılar Birliyinə edilib. Birlikdən Avtosfer.az-a verilən məlumata əsasən, vətəndaş “Instagram” sosial şəbəkəsi vasitəsilə “smart.saat.online” səhifəsində yerləşdirilmiş reklam əsasında “Umiio 16 Pro Max” planşeti sifariş edib. Reklamda planşetin 14.1 inch ekranlı, 1 TB yaddaşlı, “Android 15” əməliyyat sistemli olduğu qeyd olunub. Müştəri məhsulu qəbul etdikdən dərhal sonra müəyyən edib ki, planşet yalnız 512 GB yaddaşa malikdir və cihazda ciddi proqram təminatı problemləri mövcuddur. Bundan əlavə, planşet üçün təqdim edilən klaviatura da reklamda göstərilən ölçülərə uyğun olmayıb. Müştəri satıcıya dərhal yazılı şəkildə geri qaytarılma tələbini çatdırsa da, məhsulun geri alınması zamanı rəsmi akt tərtib edilməyib, hətta təhdid və şantaj xarakterli mesajlarla üzləşib. 

Hadisə istehlakçı hüquqlarının pozulması və onlayn satışlarda aldatma riskinə dair nümunə kimi diqqət çəkir.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Avtoafer.az-a açıqlamasında bildirib ki, birliyə daxil olan şikayətlərin 80%-i danışıq yolu ilə həll olunur. Lakin bu məsələni biz qətiyyən danışıq yolu ilə həll edə bilmədik:

“Mən qarşı, yəni istehlakçı hüququnu pozan tərəfə zəng etdim. Bəlkə 10 dəfə soruşdum, amma telefonla danışan şəxs heç adını demədi və ərizəni dinləmədi. Birbaşa dedi ki, gedin hara istəyirsiniz, şikayət edin. Heç bilmirdi ki, nədən gedir söhbət. Sosial şəbəkələrdə bu cür yalancı, aldadıcı reklamlarla istehlakçıları aldadıb, cəlb edirlər. Üstəlik, insanları kredit toruna salırlar. Bu, çox geniş yayılmış bir məsələdir. Ümumiyyətlə, cəmiyyətdə qanun pozulmasının qarşısı alınmayanda, o daha sonra normaya çevrilir. Artıq istehlakçı hüquqlarının pozulması ölkədə normal hala çevrilib. Bunun qarşısı mütləq alınmalıdır və hökumətin mükəmməl istehlakçı siyasəti formalaşmalıdır”.

Nurcan Babək

Oxunub 20

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
7
avtosfer.az

10Mənbələr