AZ

"Azərkosmos" ötən il 18,1 milyon dollarlıq ixrac əməliyyatları aparıb

Bakı. Trend:

2025-ci ildə Azərbaycan Respublikasının Kosmik Agentliyi(Azərkosmos) tərəfindən dünyanın 43 ölkəsinə 18,1 milyon ABŞdolları dəyərində peyk telekommunikasiya xidmətləri ixracedilib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzi (İİTKM) “İxrac icmalı”nın yanvar sayına istinadən xəbərverir.

Məlumata görə, “Azərkosmos”un xidmət ixracından əldə etdiyigəlir onun ümumi gəlirlərinin 66%-ni təşkil edib. 2025-ci ilindekabr ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 1,7 milyon ABŞdolları dəyərində xidmət ixrac edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracınınilk beşliyində 4,6 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,5milyon ABŞ dolları ilə Lüksemburq, 1,3 milyon ABŞ dolları iləİsveç, 861 min ABŞ dolları ilə Türkiyə, 823,9 min ABŞ dolları iləNigeriya qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarındaAzərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiqdövrü ilə müqayisədə 7,7% artaraq 2,6 milyard ABŞ dolları təşkiledib.

Məqalədə:
Seçilən
35
36
az.trend.az

10Mənbələr