2025-ci il ərzində Azərbaycandan Rumıniyaya 598,4 milyon ABŞ dolları dəyərində 1,1 milyon tondan çox xam neft və xam neft məhsulları ixrac olunub.
DGK-dən XQ-yə verilən məlumata əsasən, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 36,7 faiz, həcm baxımından isə 49,6 faiz üstələyir.
Ümumilikdə ötən il ərzində ölkədən 12,091 milyard dollar dəyərində 23,38 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Rumıniya 4-cü yerdə qərarlaşıb və ixrac həcminin 4,8 faizi bu ölkənin payına düşüb.