Bu ilin yanvar-dekabr aylarında Azərbaycan xaricə 75,1 milyon ABŞ dolları dəyərində alma ixrac edib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, ötən ilin 12 ayı ilə müqayisədə 13,2 milyon ABŞ dolları və ya 21,3% çoxdur.
Ötən ilin yanvar-dekabr aylarında Azərbaycan 61,9 milyon ABŞ dolları dəyərində alma ixrac edib.
Təkcə dekabr ayında 9,2 milyon dollarlıq alma ixrac olunub ki, bu da illik 0,5 milyon dollar (5,7%) çoxdur.
Ötən ilin dekabr ayında Azərbaycandan xarici ölkələrə 8,7 milyon ABŞ dolları dəyərində alma ixrac edilib.