"Əgər düşmən (ABŞ - red.) səhv hesablama apararsa və axmaqcasına hərəkət edərsə, ona dərhal cavab veriləcək".
"Yeni Sabah" IRIB-ə istinadla xəbər verir ki, bunu İran ordusunun sözçüsü Məhəmməd Əkrəminiya bildirib.
"Tramp əməliyyat keçirə biləcəyini, sonra tvit atacağını düşünürs, səhv edir. Müharibənin miqyası, şübhəsiz, sionist rejimdən (İsrail - red.) Amerika bazalarının olduğu ölkələrə qədər genişlənəcək.
Mümkün düşmən hücumu ilə bağlı lazımi planlar hazırlanıb və gərəkli əmrlər verilib. Müxtəlif ssenariləri üçün uyğun və mütənasib cavabımız olacaq”, - deyə Əkrəminiya vurğulayıb.
Telegram kanalımız