Gəlin "səhmdarlar" və "şirkət-dövlət münasibətləri" anlayışlarını bir-birindən ayırd edək. Ermənistan Respublikasında səhmlərinin bir faizinə də sahib olmayan çoxsaylı şirkətlər var, lakin bu, dövlətin onlara nəzarət etmədiyi anlamına gəlmir.
"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin sədr müavini Ruben Rubinyan deyib.
O, TRIPP-də səhmlərin 26%-inə sahib olan Ermənistanın 74%-nə sahib olan Amerika tərəfini necə idarə edə biləcəyi ilə bağlı sualı cavablandırıb:
“Əgər bu, Ermənistanda yaşayan və sənədlərə uyğun olaraq qeydiyyatdan keçmiş bir şirkətdirsə, deməli, vergi ödəyir və Ermənistan qanunlarına uyğun fəaliyyət göstərir. Ermənistanda ölkənin payı olmayan minlərlə şirkət var, lakin təbii ki, dövlət öz tənzimləyici rolunu oynayır.
Bundan əlavə, biz biznesin idarə edilməsindən danışırıq və Ermənistan hökuməti səhmlərin 26%-inə sahib olacağından, biznesin necə idarə olunacağına dair söz sahibidir. Müəyyən edilib ki, məsələn, Ermənistan Respublikasının suveren maraqları ilə əlaqəli ola biləcək xüsusilə vacib məsələlərdə səhmlərin 26%-inə sahib olan səhmdarın, yəni veto hüququna malik Ermənistanın razılığı olmadan heç nə etmək olmaz”, - deyə Rubinyan bildirib.
Telegram kanalımız