AZ

İran ordusunun sözçüsü: Müharibənin miqyası geniş olacaq

"Əgər düşmən (ABŞ - red.) səhv hesablama apararsa və axmaqcasına hərəkət edərsə, ona dərhal cavab veriləcək".

"Yeni Sabah" IRIB-ə istinadla xəbər verir ki, bunu İran ordusunun sözçüsü Məhəmməd Əkrəminiya bildirib.

"Tramp əməliyyat keçirə biləcəyini, sonra tvit atacağını düşünürs, səhv edir. Müharibənin miqyası, şübhəsiz, sionist rejimdən (İsrail - red.) Amerika bazalarının olduğu ölkələrə qədər genişlənəcək.

Mümkün düşmən hücumu ilə bağlı lazımi planlar hazırlanıb və gərəkli əmrlər verilib. Müxtəlif ssenariləri üçün uyğun və mütənasib cavabımız olacaq”, - deyə Əkrəminiya vurğulayıb.


Telegram kanalımız
Seçilən
10
43
yenisabah.az

10Mənbələr