AZ

Göygöldə iki minik avtomobili toqquşdu: Xəsarət alanlar var

Göygöldə yol nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, “Hyundai” və “KİA” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı 1984-cü il təvəllüdlü R. Heydərzadə və 1991-ci təvəllüdlü Ş. Tağıyev xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır./APA

Seçilən
10
21
konkret.az

10Mənbələr