AZ

Göygöldə iki minik avtomobili toqquşdu: xəsarət alanlar var

Göygöldə yol nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, "Hyundai" və "KİA" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı 1984-cü il təvəllüdlü R. Heydərzadə və 1991-ci təvəllüdlü Ş. Tağıyev xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır./APA


Telegram kanalımız
Seçilən
75
21
yenisabah.az

10Mənbələr