AZ

Qazaxıstanda yeni konstitusiyanın qəbulu məsələsi müzakirəyə çıxarılıb

Bakı. Trend:

Qazaxıstan təklif olunan islahat çərçivəsində yeni Konstitusiyaqəbul etməli, 1995-ci ildən qüvvədə olan mövcud Konstitusiyayaçoxsaylı dəyişikliklər etmək yolunu seçməməlidir.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Qazaxıstan parlamentininMəclisinin (aşağı palatanın) sədr müavini, Konstitusiyakomissiyasının üzvü Daniya Yespayeva bəyan edib.

Onun sözlərinə görə, komissiya əsas qanuna dəyişikliklərlə bağlı2 mindən çox təklif alıb və bu təkliflər “əhəmiyyətli vəəsaslandırılmışdır, onların məntiqi tutarlıdır və sayı kifayətqədər çoxdur”.

“Hazırda qarşımızda duran vəzifə ölkənin əsas qanunununayrı-ayrı bölmələrinin redaktəsi və ya tamamlanması çərçivəsindənkənara çıxır. Bu, sadəcə olaraq 1995-ci il Konstitusiyasınınmətninin bugünkü reallıqlara uyğunlaşdırılması deyil, dövlətquruluşunun bütün arxitekturasının, hüquq və azadlıqların təminatsisteminin, hakimiyyətlə cəmiyyət arasında qarşılıqlı fəaliyyətmexanizminin dərin şəkildə yenidən nəzərdən keçirilməsidir.

Bu miqyasda kompleks dəyişikliklər bizi fraqmentar düzəlişlərsilsiləsinə deyil, məntiqi olaraq yeni mətnin hazırlanmasınagətirib çıxarır”, – o, Konstitusiya Məhkəməsi tərəfindən yayımlanankomissiya iclasında bildirib.

Məqalədə:
Seçilən
75
13
az.trend.az

10Mənbələr