AZ

Fuad Nağıyev bu idarəyə xanım rəis təyin etdi

Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Dövlət Turizm Agentliyinin Bakı-Abşeron Regional Turizm İdarəsinin rəisi Rauf Səfərov vəzifəsindən azad olunub. 

Qaynarinfo-nun məlumatına görə, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin müvafiq əmri ilə Bakı-Abşeron Regional Turizm İdarəsinin rəisi vəzifəsinə Əliyeva-İskəndərova Elnarə Rüfət qızı təyin edilib. 

Qeyd edək ki, Bakı-Abşeron Regional Turizm İdarəsi 2023-cü ildə yaradılıb və həmin ildən sözügedən qurumun rəisi Səfərov Rauf Gündüz oğlu olub.  Elnarə Əliyeva-İskəndərova Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının üzvüdür.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
3
qaynarinfo.az

6Mənbələr